Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Hərəkatında dəyişikliklər edilməsi üçün 40 tövsiyə irəli sürüb

Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Hərəkatında dəyişikliklər edilməsi üçün 40 tövsiyə irəli sürüb Tövsiyələri qurumun prezidenti hazırlayıb
Komanda
18 Noyabr , 2014 15:33
Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Hərəkatında dəyişikliklər edilməsi üçün 40 tövsiyə irəli sürüb

Bakı. 18 noyabr. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi (İOC) Olimpiya Hərəkatının strategiyasında dəyişikliklər edilməsi üçün 40 tövsiyə irəli sürüb. "Report"un İOC-un rəsmi saytına istinadən verdiyi məlumata görə, tövsiyələr sabiq idmançılarla birgə müzakirələrdən sonra hazırlanıb. 

Təkliflərdən çoxu Olimpiya Oyunlarının keçirilməsində canlanmanın yaradılmasına yönəldilib. Onların müzakirəsi 8-9 dekabrda İOC-un Monakoda keçiriləcək sessiyasında aparılacaq.

Tövsiyələri İOC prezidenti, qılıncoynatma üzrə Olimpiya və dünya çempionu Tomas Bax irəli sürüb. Bunlar oyunları təşkil edəcək şəhərin seçimi, seçkiöncəsi mərhələdə xərclərin azaldılması, olimpiadalarda idmançı və mütəxəssis sayına məhdudiyyətlərin qoyulması, Olimpiya telekanalının açılması, habelə İOC-un etik iş prinsipləri ilə əlaqədardır. 

Son xəbərlər

Orphus sistemi