Belarus klubunun 23 xokkeyçisi koronavirusa yoluxdu

Belarus klubunun 23 xokkeyçisi koronavirusa yoluxdu Belarusun Neman xokkey komandasında koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Komanda
223
22 Aprel , 2020 01:55
Belarus klubunun 23 xokkeyçisi koronavirusa yoluxdu

Belarusun "Neman" xokkey komandasında koronavirusa kütləvi yoluxma qeydə alınıb. 

"Report"un "NEXTA Live" teleqram kanalına istinadən verdiyi məlumata görə, ilk olaraq finlandiyalı Valtteri Hietanen, Yonas Hurri, Sami Yekunen və Timo Hiltunenin COVID-19 testləri müsbət çıxıb. Onlardan hələ aprelin 13-də evlərinə qayıdarkən Helsinki hava limanında analiz götürülüb.

Sonradan məlum olub ki, komandanın hücumçusu Nikita Bastrıkin və qapıçı Viktor Moyseyenko da xəstələnib. Bundan başqa "Neman"ın 17 gənc xokkeyçisi yoluxub. İlkin informasiyaya əsasən, gənc xokkeyçiləri istirahət bazalarından birində təcrid etmək niyyətindədirlər.

Daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenkonun komandasının oyunçusu, ölkə yığmasının keçmiş forvardı Dmitri Meleşkonun da koronavirusa yoluxduğu üzə çıxıb.

İndiyədək Belarusda koronavirusa 6 723 yoluxma, 55 ölüm faktı qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi