Bəhreyn "Formula-1" üzrə Avropa Qran-Prisinin təşkilində Azərbaycana kömək edəcək

Bəhreyn "Formula-1" üzrə Avropa Qran-Prisinin təşkilində Azərbaycana kömək edəcək "Bir bəhreynli və bir azərbaycanlı yarışların keçirilməsində mühüm vəzifələri birgə icra edəcəklər"
Komanda
17 Dekabr , 2015 20:09
Bəhreyn Formula-1 üzrə Avropa Qran-Prisinin təşkilində Azərbaycana kömək edəcək

Bakı. 17 dekabr. REPORT.AZ/ "Bəhreyn Avtomobil Federasiyası Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran-Prisinin təşkilində kömək edəcək. Bununla əlaqədar tender keçirmişik".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Federasiyanın baş katibi Anar Şükürov deyib.

Onun sözlərinə görə, bir bəhreynli və bir azərbaycanlı yarışların keçirilməsində mühüm vəzifələri birgə icra edəcəklər: "Gələn il bəhreynlilər müşahidəçi qismində çalışacaqlar və üçüncü ildən etibarən sırf Azərbaycan heyəti bu yarışları keçirəcək".

A.Şükürov əlavə edib ki, hazırda yarışların keçiriləcəyi yollara tələb olunan standartlara cavab verən asfalt örtüyü çəkilir: "Bu tədbirlər çərçivəsində təhlükəsizliklə bağlı bütün zəruri tədbirlər həyata keçirilib. Tədbirlərdən sonra bu yollar uzunmüddətli istifadə üçün yararlı olur".

AAF-ın rəsmisi həmçinin Bakıda tarixi daş yolların aqibətinə də toxunub: "Həmin daş yollara xüsusi quma bənzər örtüklə örtüləcək, sonradan isə beton layı qoyulacaq. Qədim daşlar götürülməyəcək. Yarışlardan sonra bu örtüklər götürüləcək və bu proses hər il yenidən həyata keçiriləcək".

Son xəbərlər

Orphus sistemi