Bedri Meriç: "Bu gün "Sumqayıt" qalib gəlmədi, biz məğlub olduq"

Bedri Meriç: "Bu gün "Sumqayıt" qalib gəlmədi, biz məğlub olduq" Bu gün "Sumqayıt" qalib gəlmədi, biz məğlub olduq.
Komanda
1 Fevral , 2025 17:44
Bedri Meriç: Bu gün Sumqayıt qalib gəlmədi, biz məğlub olduq

Bu gün "Sumqayıt" qalib gəlmədi, biz məğlub olduq.

"Report" xəbər verir ki, bunu "Şəki"ın baş məşqçisi Bedri Meriç "Sumqayıt"a qarşı Azərbaycan Basketbol Liqasının XIII turunun oyunundan sonra deyib.

Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında məğlubiyyətə görə üzgün olduqlarını bildirib:

"Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Əsl oyunumuzu göstərə bilmədik. Bu gün "Sumqayıt" qalib gəlmədi, biz məğlub olduq. 8 oyunluq qələbə seriyamız var idi. Hakimliklə bağlı müəyyən sözlər demək istəyirəm. Bu gün "Şəki"yə hörmət göstərilməlidir. "Sabah" komandası kimi 10 matçda qalib gəlmişik. Ancaq bizə qarşı hörmət göstərmədiklərinin şahidi oluram. Hər matçda eyni problemləri yaşayırıq. Mən qalib gəldiyimiz zaman da bunu hakimlərə söyləmişdim".

Qeyd edək ki, "Şəki" - "Sumqayıt" qarşılaşması ikincilərin 98:93 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi