Basketbol üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb

Basketbol üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb Basketbol üzrə Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında ilk oyununu keçirib.
Komanda
28 İyun , 2022 22:47
Basketbol üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb

Basketbol üzrə Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında ilk oyununu keçirib.

"Report"un məlumatına görə, A qrupunda yer alan yığma I turda ev sahibləri ilə qarşılaşıb. Görüş Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektivin 71:73 hesablı məğlubiyyəti ilə başa çatıb.

Yığma növbəti matçında iyunun 29-da Andorra ilə üz-üzə gələcək.

Kiçik ölkələrin Avropa çempionatı

A qrupu, I tur

20:30. Azərbaycan - Malta - 71:73

Qeyd edək ki, digər qrupda San-Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi