Basketbol üzrə Avropa çempionatının keçiriləcəyi ölkələrin adları açıqlanıb

Basketbol üzrə Avropa çempionatının keçiriləcəyi ölkələrin adları açıqlanıb Türkiyə seçmə mərhələnin bir qrupunun oyunlarına və 16 komandadan ibarət final mərhələsinə də ev sahibliyi edəcək
Komanda
12 Dekabr , 2015 16:40
Basketbol üzrə Avropa çempionatının keçiriləcəyi ölkələrin adları açıqlanıb

Bakı. 12 dekabr. REPORT.AZ/ 2017-c ildə keçiriləcək basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin adları açıqlanıb. "Report"un məlumatına görə, çempionatın seçmə qrup və final mərhələləri Türkiyə, Finlandiya, İsrail və Rumıniyada keçiriləcək.

Türkiyə seçmə mərhələnin bir qrupunun oyunlarına və 16 komandadan ibarət final mərhələsinə ev sahibliyi edəcək. Oyunlar İstanbulda yerləşən Abdi İpekçi və Sinan Erdem adına idman komplekslərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi