Basketbol üzrə 23-cü Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib

Basketbol üzrə 23-cü Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib Çempionat dairəvi üsulla iki dövrə üzrə keçirilir
Komanda
12 Dekabr , 2015 19:18
Basketbol üzrə 23-cü Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında basketbol üzrə 23-cü Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib.

Çempionatın yeddinci turunda “Araz” komandası BDU-ya 62:53, NTD klubu AzTOP-a 68:62, “Sıçrayış” “Baku Oilers”ə 84:63, “Bakı” kollektivi isə “Dərviş”ə 79:61 hesabı ilə qalib gəlib.

Çempionat dairəvi üsulla iki dövrə üzrə keçirilir. İki dövrədən sonra 4 komanda mükafatlar uğrunda mübarizə aparacaq.

Hesabında 13 xal olan NTD və “Bakı” komandaları turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıblar. “Baku Oilers” isə 12 xalla üçüncü yerdədir.

Son xəbərlər

Orphus sistemi