BANM-də Respublika Futzal Turnirinə start verilib

BANM-də Respublika Futzal Turnirinə start verilib Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsini (ATİAHİ) və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə BANM-in yeni kampusunda ölkənin ali məktəbləri arasında Futzal turnirinə start verilib. Turnirin açılış mərasimində ATİAHİ-nin sədri, millət vəkili Səttar Möhbalıyev və BANM-in rektoru Elmar Qasımov iştirak ediblər.
Komanda
29 Noyabr , 2017 09:48
BANM-də Respublika Futzal Turnirinə start verilib
BANM

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsini (ATİAHİ) və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə BANM-in yeni kampusunda ölkənin ali məktəbləri arasında Futzal turnirinə start verilib. Turnirin açılış mərasimində ATİAHİ-nin sədri, millət vəkili Səttar Möhbalıyev və BANM-in rektoru Elmar Qasımov iştirak ediblər.

Bu barədə “Report”a BANM-dən bildirilib.

Ali Məktəbin rektoru Elmar Qasımov futzal turnirinin iştirakçılarına uğurlar diləyib. ATİAHİ-nin sədri Səttar Möhbalıyev də açılışda çıxış edərək iştirakçıları motivasiya edib, onlara yarışlarda bol şanslararzulayıb

Qeyd edək ki yarışlarda Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindən 18 ali məktəb iştirak edərək üç yarımqrupda mübarizə aparacaqlar. Hər yarımqrupda birinci və ikinci yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Final oyununda qalib gələn, eləcə də ikinci və üçüncü yeri tutan komandalar isə kubok, diplom və xatirə hədiyyələri ilə təltif olunacaqlar. 

Son xəbərlər

Orphus sistemi