Balaş Qasımovun komandası “Nə? Harada? Nə zaman?”ın qalibi oldu - VİDEO

Balaş Qasımovun komandası “Nə? Harada? Nə zaman?”ın qalibi oldu - VİDEO Aprelin 18-də Rusiyanın “Birinci kanal”ında yayımlanan “Nə? Harada? Nə zaman?” intellektual oyunlarının Yaz seriyasının final görüşü keçirilib
Komanda
607
19 Aprel , 2021 09:09
Balaş Qasımovun komandası “Nə? Harada? Nə zaman?”ın qalibi oldu - VİDEO
Balaş Qasımov

Aprelin 18-də Rusiyanın “Birinci kanal”ında yayımlanan “Nə? Harada? Nə zaman?” intellektual oyunlarının Yaz seriyasının final görüşü keçirilib.

“Report” xəbər verir ki, finalda Balaş Qasımovun komandası tamaşaçılara 6:5 hesabı ilə qalib gəlib.

“Büllur bayquş” mükafatı komandanın oyunçusu Denis Qaliakberova verilib. Bununla da Balaş Qasımovun komandası qış seriyasında oynayacaq.

Balaş Qasımovun komandası bu tərkibdə çıxış edib: Dmitri Avdeenko, Yuliya Lazareva, Elman Talıbov, Denis Qaliakberov və Sergey Nikolenko.

Son xəbərlər

Orphus sistemi