Yuxarı

​“Baku Fires” növbəti böyükhesablı qələbəsini qazanıb

Komandamız “Argentina Condors”u məğlub edib

Bakı. 26 aprel. REPORT.AZ/ “Baku Fires” komandası WSB liqasında (Dünya Boks Seriyası) növbəti böyükhesablı qələbəsini qazanıb.

"Report" xəbər verir ki, ötən gün Quba Olimpiya İdman Kompleksində baş tutan “Baku Fires” - “Argentina Condors” görüşü boksçularımızın 5:0 hesabı qələbəsi ilə başa çatıb.

WSB liqasının (Dünya Boks Seriyası) 14-cu turu çərçivəsində keçirilən görüşün ilk qarşılaşmasında Murad Rabadanov (52 kq) Rikardo İbarranı məğlub edib. Növbəti qarşılaşmada Nəsrəddin Məmmədov (60 kq) Brayan Nunyezdən üstün olub. Təmsilçimiz Mixail Dauqalivets (81 kq) isə Xuan Rizo Patrona nokautla qalib gəlib. Sonuncu döyüşdə Hacı Murtuzəliyev (91 kq-dan yuxarı) Fakundo Qiqlionu məğlubiyyətə uğradıb.

Digər idmançımız Pərviz Bağırovla (69 kq) döyüşməli olan Luis Alberto Veron ölkəmizə gələ bilmədiyindən boksçumuza texniki qələbə verilib.

Beləliklə, qrup mərhələsindəki son görüşdə rəqibinə böyük hesabla qalib gələn “Baku Fires” növbəti raunda yüksəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi