“Baku Fires” klubu Özbəkistan komandası ilə mübarizə aparacaq

“Baku Fires” klubu Özbəkistan komandası ilə mübarizə aparacaq Azərbaycan komandası Daşkənddə “Uzbek Tigers”in qonağı olacaq
Komanda
18 Mart , 2016 19:52
“Baku Fires” klubu Özbəkistan komandası ilə mübarizə aparacaq

Bakı. 18 mart. REPORT.AZ/ Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” klubu martın 19-da növbəti görüşünə çıxacaq. "Report"un məlumatına görə, Azərbaycan komandası Daşkənddə “Uzbek Tigers”in qonağı olacaq. Özbəkistan komandası 10 xalla D qrupunun lideridir. “Baku Fires” ötən tur Bakıda “Astana Arlans”a məğlub olduqdan sonra qrupda 3-cü yeri tutur.

Komandaların heyəti

49 kq: Nodirjon Mirzaaxmedov - Rəsul Saliyev

56 kq: Abdulxay Şaraxmetov - Yaraş Məhəmmədov

64 kq: Fazliddin Meliboyev – Zaur Abdullayev

75 kq: Uluqbek Haqberdiyev – Levani Luxutaşvili

91 kq: Serdorbek Beqaliyev – Hacı Murtuzəliyev

Bu dəfə komandanın baş məşqçisi Nuripaşa Talibov Özbəkistana demək olar ki, ikinci heyəti aparıb. 56 kq çəki dərəcəsində bir nömrə Məhəmməd Qurbanov müalicə olunduğundan, Daşkənddə Məhəmmədov rinqə çıxacaq. 64 kq çəki dərəcəsində isə Heybətulla Hacəliyev zədəli olduğu üçün onu gənc Zaur Abdullayev əvəzləyib. Gürcüstan boksçusu Levani Luxutaşvili komandanın heyətində debüt edəcək.

“Uzbek Tigers”in heyətində isə yetərincə güclü boksçular çıxış edəcək. Yaraş Məhəmmədovun rəqibi Şaraxmetov ötən il Mahaçqalada keçirilən Umaxanov turnirinin qalibi olub. 91 kq çəki dərəcəsində mübarizə aparan Beqaliyev də “Uzbek Tigers”in ən təcrübəli boksçularındandır. O, hələ 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin ilk Olimpiya Oyunlarında bürünc medala layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi