Bakıda qadın voleybolçular arasında dünya çempionatının növbəti seçmə oyunları keçirilib

Bakıda qadın voleybolçular arasında dünya çempionatının növbəti seçmə oyunları keçirilib Azərbaycan və Hollandiya yığmaları ardıcıl 3-cü dəfə qələbə qazanıblar
Komanda
1 İyun , 2017 21:51
Bakıda qadın voleybolçular arasında dünya çempionatının növbəti seçmə oyunları keçirilib

Bakı. 1 iyun. REPORT.AZ/ Voleybolçu qadınlar arasında 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin E qrupunda bu gün III turun görüşləri keçirilib. "Report"un məlumatına görə, Azərbaycan milli komandası Danimarka ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. Faiq Qarayevin baş məşqçi olduğu komanda oyun ərzində elə də çətinlik yaşamayıb. İlk seti 13 top fərqli üstünlüklə tamamlayan təşkilatçı komanda sonrakı 2 seti eyni hesabla başa vurub.

Ardıcıl 3-cü qələbə sayəsində Azərbaycan millisi xallarını 9-a çatdıraraq, liderliyini davam etdirib. Hər 3 görüşünü uduzan Danimarka isə ilk 2 pillədən birini tutma şanslarını itirib.

Hollandiya yığması İsraili 3:1 hesabı ilə yenərək, Azərbaycanla şərikli liderə çevrilib. Günün açılış oyununda isə Ukrayna Norveçi eyni hesabla yenib.

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

III tur

15:00. Norveç - Ukrayna - 1:3 (21:25, 25:22, 14:25, 17:25)

Hakimlər: Mixail Temelis (Yunanıstan), Sanya Mikloşiç (Sloveniya)

17:30. Azərbaycan - Danimarka - 3:0 (25:12, 25:14, 25:14)

Hakimlər: Sabine Vitte (Almaniya), Saşa Stanisiç (İsveçrə)

20:00. İsrail - Hollandiya - 1:3 (19:25, 11:25, 25:22, 15:25)

Hakimlər: Bruno Muxa (Xorvatiya), Roberto Boris (İtaliya)

Qeyd edək ki, 3 turdan sonra Azərbaycan və Hollandiya hərəyə 9 xalla turnir cədvəlinə başçılıq edir. Ukrayna 6 xalla 3-cü, İsrail 3 xalla 4-cü pillədə qərarlaşıb. Xalı olmayan Norveç və Danimarka isə 5-6-cı yerləri bölüşür. İyunun 2-də IV turun Danimarka - Norveç, İsrail - Azərbaycan və Hollandiya - Ukrayna görüşləri keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi