Yuxarı
    Bağlamaq

    Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran Prisinin ən yaxşı pilotu müəyyənləşib

    Meksikalı yürüşçü Serxio Peres azarkeşlər arasında keçirilən səsvermə nəticəsində ən yaxşı seçilib

    Bakı. 21 iyun. REPORT.AZ/ "Force India" komandasının meksikalı pilotu Serxio Peres iyunun 17-19-da Bakıda keçirilmiş Formula-1 üzrə Avropa Qran Prisinin ən yaxşı yürüşçüsü seçilib.

    "Report" xəbər verir ki, S.Peres Formula-1-in rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində ən yaxşı seçilib.

    Qeyd edək ki, S.Peres təsnifat mərhələsində 2-ci yeri tutsa da, ötürücü qutunun dəyişdirilməsi səbəbindən yarışa 7-ci sırada başlamaq məcburiyyətində qalıb. Sonda isə o, üçüncü yeri tutub. İlk iki yeri isə alman pilotlar - Niko Rosberq və Sebastyan Fettel tutub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi