Yuxarı

Bakıda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə görüş keçiriləcək

Bu məqsədlə paytaxtımıza Pakistan Olimpiya Assosiasiyasının baş katibi gələcək

Bakı. 10 may. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərini müzakirə etmək üçün mayın 11-də Bakıya Pakistanın nümayəndə heyəti gələcək.

"Report" Pakistanın "Daily Times" nəşrinə istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Pakistan Olimpiya Assosiasiyasının baş katibi Məhəmməd Xalid Mahmud və mətbuat müşaviri Asim Asim daxil olacaq.

Mayın 12-13-də Bakıda keçiriləcək Oyunlara üzv ölkələrin nümayəndələrinin görüşündə tədbirə hazırlıqla bağlı, yarışların keçiriləcəyi yerlər və idmançılar və digər şəxslər üçün təqdim ediləcək məkanlarla bağlı ətraflı hesabat təqdim olunacaq. Nümayəndələr, həmçinin müxtəlif idman obyektlərinə, Olimpiya stadionuna və Olimpiya kəndinə baş çəkəcək.

Eyni zamanda, Oyunların açılış və bağlanış mərasimi üzrə xüsusi brifinq keçiriləcək.

Bundan başqa, tərəflər Oyunlar zamanı təhlükəsizlik məsələlərinin təmin edilməsini müzakirə edəcək.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında təxminən 30 ölkə iştirak edəcək. Yarış 2017-ci ilin mayında İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı altında keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi