Yuxarı

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası start götürür

Yarış sentyabrın 14-dək davam edəcək

Bakı. 01 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunacaq yarışlar sentyabrın 14-dək davam edəcək.

Turnir çərçivəsində, həmçinin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 87-ci konqresi də keçirilə bilər.

Kişilərin yarışlarında 182, qadınlarda isə 142 komanda çıxış edəcək. Azərbaycan olimpiadada həm kişilər, həm də qadınların yarışında 3 komanda ilə təmsil olunacaq.

Azərbaycan, ABŞ, Rusiya və Çin kişilər arasında yarışların favoriti hesab olunur.

Şahmat olimpiadası sentyabrın 14-ə qədər İsveçrə sistemi üzrə 11 turda keçiriləcək. Turnirin qalibi komanda xallarının sayı üzrə müəyyən olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi