Yuxarı
    Bağlamaq

    Azərbaycanın 3 klubu bu gün Çempionlar Liqasında növbəti oyunlarını keçirəcək

    Paytaxt təmsilçilərindən 2-si bir-birinə qarşı oynayacaq

    Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın qadın voleybolçulardan ibarət "Lokomotiv", "Azərreyl" və "Telekom" klubları bu gün Çempionlar Liqasında növbəti oyunlarını keçirəcəklər. "Report"un məlumatına görə, bu komandalardan ikisi bir-birinə qarşı mübarizə aparacaq.

    A qrupunda keçiriləcək görüşdə "Lokomotiv" "Azərreyl"lə münasibətlərinə aydınlıq gətirəcək. Voleybol Mərkəzində baş tutacaq qarşılaşmada "Lokomotiv" nominal meydan sahibi qismində çıxış edəcək. "Lokomotiv" qrupun ilk görüşündə səfərdə Rusiyanın "Dinamo" (Kazan) komandasına 1:3 hesabı  ilə məğlub olubsa, "Azərreyl" Bakıda "Ştutqart"a 3:0 hesabı ilə qalib gəlib. İndi qrupun digər oyununda "Ştutqart" "Dinamo"nu qəbul edəcək. İlk görüşlərdən sonra "Azərreyl" "Dinamo" ilə hərəyə 3 xalla ilk iki pilləni bölüşür. "Lokomotiv" və "Ştutqart"ın aktivində isə xal yoxdur.

    E qrupunda mübarizə aparan "Telekom" Türkiyədə "Fənərbağça"nın qonağı olacaq. Bakı təmsilçisi ilk görüşdə doğma azarkeşlər önündə Polşanın "İmpel" klubuna məğlub olub - 0:3. İndi "İmpel" öz meydanında Almaniya "Drezdner"ini qəbul edəcək. Qrupda "Fənərbağça" və "İmpel" hərəyə 3 xalla liderdir. "Telekom" və "Drezdner"in aktivində xal yoxdur.

    Qeyd edək ki, qruplarda III turun oyunları 24 - 26 noyabrda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi