"Bakı" Antalya toplanışından imtina edib

"Bakı" Antalya toplanışından imtina edib Hazırlıq prosesi paytaxtda davam etdiriləcək
Komanda
9 Yanvar , 2015 18:01
Bakı Antalya toplanışından imtina edib

Bakı. 9 yanvar. REPORT.AZ/ "Bakı" klubu Türkiyənin Antalya bölgəsində nəzərdə tutduğu təlim-məşq toplanışını ləğv edib. Bu barədə "Report"a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib. 

Onun sözlərinə görə, toplanışın Bakıda keçirilməsinə qərar verilib. Y.Seyidov bildirib ki, iki həftəlik hazırlıq prosesi müddətində hər gün 2 məşq nəzərdə tutulub. Ardından mövsümün ikinci hissəsinin startınadək məşqlər gündə bir dəfə olmaqla davam etdiriləcək. 

Klub rəsmisi bildirib ki, Antalya toplanışının baş tutmamasına maddi çətinliklər də rol oynayıb: "Heç kimə sirr deyil ki, bu gün "Bakı"da müəyyən çətinliklər var. Həm də təkcə biz yox, Premyer Liqa komandalarından bir neçəsi də paytaxtda hazırlıq keçəcək. Komandamızın heyətində akademiyamızın gəncləri üstünlük təşkil edirlər. Hazırlıq prosesinə 19 yaşadək futbolçulardan ibarət komandamızın üzvləri də qatılıblar. Ona görə də məsləhət oldu ki, toplanışı Bakıda keçirmək daha səmərəlidir".  

Qeyd edək ki, "Bakı"nın gələn həftədən Antalyanın Bələk qəsəbəsində 2 həftəlik təlim-məşq toplanışı keçirməsi nəzərdə tutulmuşdu. 

Son xəbərlər

Orphus sistemi