Yuxarı

"Azəryol" klubu CEV Kubokunun 1/4 finalında ilk görüşünü keçirəcək

Rəqib İtaliya klubudur

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycanın qadın voleybolçulardan ibarət "Azəryol" klubu bu gün CEV Kubokunun 1/4 final mərhələsində ilk oyununu keçirəcək.

"Report" xəbər verir ki, rəqib İtaliyanın "Novara" klubu olacaq.

Voleybol mərkəzində keçiriləcək oyuna saat 18:00-da start veriləcək. Qarşılaşmanın hakimləri almaniyalı Munir Fattah və rusiyalı İqor Porvaznik olacaq.

Cütün qalibi yarımfinalda Krasnodar "Dinamo"su və "Ştutqart" duelində qələbə qazanan komandayla görüşəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi