​"Azəryol" İtaliyanın "Yamamay" klubuna məğlub olub

​"Azəryol" İtaliyanın "Yamamay" klubuna məğlub olub Cavab görüşü fevralın 18-də İtaliyada keçiriləcək
Komanda
11 Fevral , 2015 20:45
​Azəryol İtaliyanın Yamamay klubuna məğlub olub

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azəryol" klubu Çempionlar Liqasının ilkin "pley-off" mərhələsində birinci oyununu keçirib.

"Report"un məlumatına görə, rəqib İtaliyanın "Yamamay" klubu olub.

Bakıdakı Voleybol Mərkəzində təşkil olunan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1. "Azəryol" ilk setdə 24:26, ikincisində 21:25 hesabı ilə uduzduqdan sonra üçüncü setdə fərqi azalda bilib - 25:19. Lakin dördüncü setdə çox zəif çıxış edən Azərbaycan təmsilçisi 14:25 hesabı ilə yenlib.

Qeyd edək ki, cavab görüşü fevralın 18-də İtaliyada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi