Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I turdan təxirə salınmış oyun keçirilib.
"Report"un məlumatına görə, "Azerreyl" UNEC-i qəbul edib. Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan görüş Famil Ağayevin rəhbərlik etdiyi kollektivin 3:1 (25:14, 19:25, 25:18, 25:15) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, hazırda "Abşeron" və "Azerreyl" komandaları hərəyə 6 xalla 1 - 2-ci yerləri bölüşdürür. UNEC və "Murov" isə xalsızdır.