"Azərreyl"in Top-Komandalar Kubokunu qazanmasından 20 il ötür

"Azərreyl"in Top-Komandalar Kubokunu qazanmasından 20 il ötür Bu gün voleybolçu qadınlardan ibarət “Azərreyl” klubunun Avropa Top-Komandalar Kubokunu qazanmasının 20 ili tamam olur
Komanda
10 Mart , 2022 10:47
Azərreylin Top-Komandalar Kubokunu qazanmasından 20 il ötür

Bu gün voleybolçu qadınlardan ibarət “Azərreyl” klubunun Avropa Top-Komandalar Kubokunu qazanmasının 20 ili tamam olur.

"Report"un məlumatına görə, 2002-ci ilin bu günündə Faiq Qarayevin baş məşqçi olduğu kollektiv ardıcıl qələbələrdən sonra Bakıda təşkil olunmuş "dördlər finalı"nda da rəqiblərini yenərək, bu titula yiyələnib.

Qarşılaşmanı Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev də izləyib və komandanı təbrik edib. Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyev voleybolçuları qəbul edib.

“Azərreyl”in 2002-ci ildə Top-Komandalar Kubokunu qazanmış heyəti:

Voleybolçular: Alla Həsənova, Yelena Porxomenko, Oksana Parxomenko, Oksana Məmmədyarova, Valeriya Korotenko, İnessa Qorxmaz, Alla Teterina, Yelena Şabovta, İlahə Ağayeva, Yelena Siminyagina, Səbinə Əjdərova, Marina Kuzmina;

Baş məşqçi: Faiq Qarayev

Köməkçi məşqçilər: Aleksandr Çervyakov, Vyaçevslav Çerneykin;
Həkim: Zinyət Orduxanova

Fizioterapevt: Dinara Əjdərova

Menecer: Qrigori Frişman.

Son xəbərlər

Orphus sistemi