"Azərreyl"in "Çağırış Kuboku"ndakı rəqibi müəyyənləşib

"Azərreyl"in "Çağırış Kuboku"ndakı rəqibi müəyyənləşib 2022/2023 mövsümündə Azərbaycanı "Çağırış Kuboku"nda təmsil edecək qadınlardan ibarət “Azərreyl” klubunun rəqibi müəyyənləşib.
Komanda
28 İyun , 2022 17:23
Azərreylin Çağırış Kubokundakı rəqibi müəyyənləşib

2022/2023 mövsümündə Azərbaycanı "Çağırış Kuboku"nda təmsil edecək qadın voleybolçulardan ibarət “Azərreyl”in rəqibi müəyyənləşib.

"Report" klubun rəsmi feysbuk səhifəsinə istinad xəbər verir ki, mübarizəyə 1/32 finaldan başlayacaq komanda Slovakiya “Slovan”ı ilə qarşılaşacaq.

İlk matçlar noyabrın 22-si və 24-də, cavab qarşılaşmaları isə noyabrın 29-dan dekabrın 1-dək keçiriləcək. Superliqanın vitse-çempionu turnirə səfərdə başlayacaq.

Son xəbərlər

Orphus sistemi