Yuxarı

​Azərbaycanlı idmançılar Türkiyədə mükafat qazanıb

İkinci və üçüncü pillələrə idmançılarımız Kənan Əliyev və Vəkil Nəsibov sahib çıxıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Türkiyə Qılıncoynatma Federasiyasının təşkil etdiyi yarış başa çatıb. "Report"un məlumatına görə, Kocaelidə başa çatan yarışda azərbaycanlı idmançılar da qüvvəsini sınayıb və mükafat qazanıb.

Turnirdə Azərbaycan, Türkiyə, Türkmənistan, Rusiya, Avstraliya, Avstriya, Kanada, İtaliya, Küveyt, Braziliya, Finlandiya, Argentina, Belarus, Fransa, Gürcüstan, Makedoniya, Sloveniya, Tunis, Sinqapur, Venesuela, Danimarka, BƏƏ və Yunanıstandan 174 idmançı iştirak edib.

Rapira növü üzrə qadınların yarışında ilk üçlük Sinqapur idmançılarının olub. Şpaqa növü üzrə isə ardıcıl olaraq Venesuela, İtaliya və Türkiyə idmançıları rəqiblərindən üstün olub.

Kişilərin Şpaqa növü üzrə yarışında ilk pilləyə İtaliyalı idmançı layiq görülüb. İkinci və üçüncü pillələrə idmançılarımız Kənan Əliyev və Vəkil Nəsibov sahib çıxıb. Rapira növü üzrə kişilərin yarışında isə türkiyəli idmançılar ilk 3 yeri qazanaraq fəxri kürsüyə dəvət olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi