​Azərbaycan idmançısı Xəzər kubokunun qalibi olub

​Azərbaycan idmançısı Xəzər kubokunun qalibi olub Patrik Mak Enti bütün rəqiblərini qabaqlayıb
Komanda
13 Dekabr , 2014 09:30
​Azərbaycan idmançısı Xəzər kubokunun qalibi olub

Bakı. 13 dekabr. Report.AZ/ Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakının Novxanı qəsəbəsində yerləşən “Sərhədçi Atçılıq Mərkəzi”nin qapalı manejində atçılığın konkur növü üzrə “Xəzər Kuboku” adlı “CSI1*-W” kateqoriyalı beynəlxalq turnir başa çatıb. "Report"un ARAF-ın rəsmi saytına istinadən məlumatına görə, yarışda Azərbaycan, Gürcüstan, Fransa, Ukrayna və Lüksemburqdan olan idmançılar iştrak edib.

“Xəzər Kuboku”nun ilk günü iştirakçılar hündürlüyü 125 sm olan maneələri aşıblar. Lüksemburqlu Marsel Even, “Kasandra MNM” ləqəbli atla bütün rəqiblərini qabaqlayaraq birinci olub. Günün ikinci yarısında isə iştirakçılar hündürlüyü 135 sm olan maneələri dəf ediblər. Bu dəfə də qalib adını “Kasandra MNM”lə Marsel Even qazanıb.

Yarışın ikinci günü çaparlar əvvəlcə hündürlüyü 130 sm olan maneələri keçiblər. Azərbaycan təmsilçisi Elmar Abdullayev “Vudi” ləqəbli atla birinci olub. 140 sm maneələri aşmaqda isə Gürcüstan idmançısı Şalva Qaçeçiladze fərqlənib. Yarışın final günü isə idmançılar 145 sm-lik maneələri aşıblar. Azərbaycan təmsilçisi Patrik Mak Enti “Tall Boy MNM ” ləqəbli atla bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, turnirə Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunan hakimlər kollegiyası nəzarət edib.

Son xəbərlər

Orphus sistemi