Azərbaycanlı hakim "Fənərbağça"nın oyununa təyinat aldı

Azərbaycanlı hakim "Fənərbağça"nın oyununa təyinat aldı Avropa Voleybol Konfederasiyası (CEV) növbəti dəfə azərbaycanlı hakimlərə təyinat verib
Komanda
102
22 Fevral , 2021 13:14
Azərbaycanlı hakim Fənərbağçanın oyununa təyinat aldı
Eldar Əliyev

Avropa Voleybol Konfederasiyası (CEV) növbəti dəfə azərbaycanlı hakimlərə təyinat verib.

"Report" Azərbaycan Voleybol Federasiyasının rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, beynəlxalq dərəcəli referilərdən Eldar Zülfüqarov fevralın 23-də qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsində Türkiyənin "Fənərbağça" və İtaliyanın "Novara" klublarının matçını idarə edəcək.

O, İstanbuldakı Burhan Felek Voleybol Salonunda təşkil olunacaq görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın birinci hakimi isə ukraynalı Mixaylo Medved olacaq.

Eldar Əliyev fevralın 24-də CEV kubokunun yarımfinalında Rusiyadakı "Sankt-Peterburq Arena"da kişi voleybolçular arasında yerli “Zenit”lə Belçikanın “Qrinyard” klublarının ilk oyununda hakimlik edəcək. Matçda əsas referi Deyan Roqiç olacaq.

Digər beynəlxalq dərəcəli hakim Zaur Hacıyev isə martın 2 - 3-də ölkə xaricində olacaq. O, qadın voleybolçular arasında Çağırış kubokunun yarımfinal mərhələsində Türkiyənin "Türk Hava Yolları" və "Yeşilyurt" komandaları arasındakı hər iki matçda ədaləti qoruyacaq. Hacıyev Burhan Felek Voleybol Salonunda təşkil olunacaq ilk görüşdə əsas, cavab oyununda ikinci referi funksiyasını yerinə yetirəcək. O, hər iki qarşılaşmanı yerli İlhami Senyurt ilə idarə edəcək.

Son xəbərlər

Orphus sistemi