Yuxarı
    Bağlamaq

    Azərbaycanlı hakim Ermənistan millisinin 3 oyununu idarə edib

    Futzal referisi Yusif Nurullayevin iştirakı ilə baş tutan hər 3 qarşılaşmada ermənilər uduzub

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Futzal üzrə azərbaycanlı FİFA referisi Yusif Nurullayev dünya çempionatının ilkin seçmə mərhələsinin oyunlarını idarə edib. "Report"un məlumatına görə, 31 yaşlı ədalət təmsilçisi Latviya, Estoniya, Kipr və Ermənistanın yer aldığı D qrupunun qarşılaşmalarına təyinat alıb.

    Nurullayev 6 qarşılaşmadan 3-də komandaları meydana çıxarıb. Bunların hamısı Ermənistan millisinin iştirakı ilə baş tutub. Ermənilər azərbaycanlı referinin birinci hakim olduğu matçda Latviyaya 3:4, ikinci hakim olduğu qarşılaşmalarda isə Kiprə 2:3, Estoniyaya 1:2 hesabı ilə uduzublar. Məğlub komandanın futzalçıları üst-üstə 10 sarı vərəqə alıb.

    Kiprdə keçirilmiş seçmə mərhələnin yekununda xal toplaya bilməyən Ermənistan millisi sonuncu yeri tutub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi