Azərbaycanın yunan-Roma güləşçiləri dünya ikincisi olublar

Azərbaycanın yunan-Roma güləşçiləri dünya ikincisi olublar İranda 2015-ci ildə keçirilən analoji yarışda komandamız Dünya Kubokunun sahibi olub
Komanda
17 Mart , 2017 20:31
Azərbaycanın yunan-Roma güləşçiləri dünya ikincisi olublar
Azərbaycan Güləş Federasiyası

Bakı. 17 mart. REPORT.AZ/ İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları başa çatıb.

"Report" Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparıb.

Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəlib.

Finalda güləşçilərimiz digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşıb. Gərgin keçən görüş 5:3 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Yığmamız Dünya Kubokunun gümüş medallarına yiyələnib.

Xatırladaq ki, 2015-ci ildə keçirilən analoji yarışda komandamız Dünya Kubokunun sahibi olub. 

B qrupu FİNAL
AZƏRBAYCAN - Türkiyə 5:3
59 kq - Rövşən Bayramov - Hammet Rustem 3:6 tuşe
66 kq - Kamran Məmmədov - Atakan Yüksel 2:6
71 kq - Həsən Əliyev - İ. Sönmez 1*:1
75 kq - Elvin Mürsəliyev - Emrah Kuş 3:1
80 kq - Rafiq Hüseynov - Aslan Atem 2:4
85 kq - İslam Abbasov - Metehan Başar 7:0
98 kq - Orxan Nuriyev - Cenk İldem 3:1
130 kq - Sabah Şəriəti - Ali Nail Arslan 2:0
Rusiya - AZƏRBAYCAN 5:3
59 kq - Minqiyan Semyonov - Taleh Məmmədov 9:2
66 kq - Artem Surkov - Nofəl Babayev 8:0
71 kq - Abuyazid Mantsiqov - Rəsul Çunayev 1:2
75 kq - Roman Vlasov - Elvin Mürsəliyev 2:1
80 kq - Adlan Akiev - Rafiq Hüseynov 1:1*
85 kq - Davit Çakvetadze - İslam Abbasov 1*:1
98 kq - Maksim Safarian - Orxan Nuriyev 0:3
130 kq - Sergey Semenov - Sabah Şəriəti 1*:1
AZƏRBAYCAN - Belarus 5:359 kq - Taleh Məmmədov - Maksim Kajarski 1:2
66 kq - Nofəl Babayev - Yaraslav Kardaş 8:0
71 kq - Həsən Əliyev -Pavel Liax 9:0
75 kq - Elvin Mürsəliyev - Yahor Kasiankou 10:2
80 kq - Rafiq Hüseynov - Radzik Kuliyeu 2:0
85 kq - İslam Abbasov - Mikalai Stadub 3:0
98 kq - Orxan Nuriyev - Yahor Yaskavets 7:8
130 kq - Sabah Şəriəti - Heorhi Çuhaşvili 0:5
3-cü yer uğrundaİran-Türkiyə 6:2
5-ci yer uğrundaAlmaniya-Ukrayna 5:3
7-ci yer uğrundaQazaxstan-Belarus 6:2
AZƏRBAYCAN - Ukrayna 5:3
59 kq - Taleh Məmmədov - Zhora Abovian 9:1
66 kq - Kamran Məmmədov - Pərviz Nəsibov 2:2*
71 kq - Rəsul Çunayev - Ruslan İsrafilov 7:0
75 kq - Elvin Mürsəliyev - Artem Matiash 11:1
80 kq - Rafiq Hüseynov - Dmitro Pışkov 1:3
85 kq - İslam Abbasov - Yuriy Şkriuba 3:1
98 kq - Orxan Nuriyev - Volodimir Vasilyev 1*:1
130 kq - Oyan Nəzəriani - Mikola Kuçmi 1:2
Yekun nəticə
1. Rusiya
2. AZƏRBAYCAN
3. İran
4. Türkiyə
5. Almaniya
6. Ukrayna
7. Qazaxstan
8. Belarus

Son xəbərlər

Orphus sistemi