Azərbaycanın yeniyetmə güləşçiləri dünya çempiotında daha 4 medal qazanıb

Azərbaycanın yeniyetmə güləşçiləri dünya çempiotında daha 4 medal qazanıb Medallardan biri qızıl, digər üçü isə gümüşdür
Komanda
9 Sentyabr , 2017 21:38
Azərbaycanın yeniyetmə güləşçiləri dünya çempiotında daha 4 medal qazanıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada keçirilən yeniyetmələr arasında dünya çempiotında Azərbaycan güləşçiləri daha 4 medal qazanıb.

"Report"un məlumatına görə, sərbəst güləşçilərin 5 çəki dərəcəsi üzrə final görüşləri bu gün keçirilib.

Onlardan 4-ü Azərbaycan pəhləvanlarınının iştirakı ilə olub. 42 kq çəki dərəcəsində mübarizə aparan Əlihəsən Əmirli həlledici qarşılaşmada özbəkistanlı Umidjon Jalolovu 1:0 hesabı ilə yenərək, qızıl medala sahib olub. Əvəzində Mahir Məmmədzadə (50 kq) finalda rusiyalı Fyodor Boltuyevə 7:9, Turan Bayramov (58 kq) yaponiyalı Ryuto Sakakiyə 2:3, Davud İbrahimov (69 kq) isə ABŞ təmsilçisi Uilyam Frensis Levana 1:3 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

Bu gün daha 5 çəki dərəcəsində qüvvəsini sınayan Azərbaycan güləşçilərindən heç biri finala yüksələ bilməyib. Əvvəlki yarış günlərində yunan-Roma güləşçiləri 1 qızıl, 2 gümüş, qadın güləşçilər 1 qızıl, 1 bürünc medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi