AVRO-2023: Azərbaycanın voleybol millilərinin rəqibləri bəlli olub

AVRO-2023: Azərbaycanın voleybol millilərinin rəqibləri bəlli olub Qitə çempionatında seçmə mərhələnin görüşləri avqust – sentyabrda olacaq
Komanda
12 Mart , 2022 10:40
AVRO-2023: Azərbaycanın voleybol millilərinin rəqibləri bəlli olub

Azərbaycanın kişi və qadınlardan ibarət voleybol yığmalarının 2023-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, kişilərdən ibarət yığma A qrupunda Danimarka və Türkiyə seçmələri ilə mübarizə aparacaq. Yarışda 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak edəcək.

Qadınlardan ibarət milli isə AVRO-2023-ün seçmə mərhələsində Sloveniya, Gürcüstan və Avstriya yığmaları ilə birgə D qrupunda yer alacaq. Qadınların yarışında 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq komandalar final mərhələsinə yüksələcək.

Avropa çempionatlarında həlledici mərhələyə ev sahibliyi edəcək ölkələr hələlik açıqlanmayıb.

Qeyd edək ki, qitə çempionatında seçmə mərhələnin görüşləri avqust – sentyabrda olacaq.

Son xəbərlər

Orphus sistemi