Azərbaycanın voleybol millisi Serbiya ilə üz-üzə gələcək

Azərbaycanın voleybol millisi Serbiya ilə üz-üzə gələcək Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək.
Komanda
24 Avqust , 2021 08:00
Azərbaycanın voleybol millisi Serbiya ilə üz-üzə gələcək

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı dördüncü sınağında Serbiya yığması ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşma İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Avropa çempionatı

A qrupu

22:00. Azərbaycan - Serbiya

Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk üç oyununda Belçika, Bosniya və Herseqovina və Rusiya seçmələrinə müvafiq olaraq 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığma sonuncu - 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi