Azərbaycanın voleybol klubunda baş məşqçi dəyişikliyi edilib

Azərbaycanın voleybol klubunda baş məşqçi dəyişikliyi edilib İtaliyalı mütəxəssisi həmyerlisi əvəzləyib
Komanda
24 Dekabr , 2015 12:32
Azərbaycanın voleybol klubunda baş məşqçi dəyişikliyi edilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Super Liqası və Çempionlar Liqasındakı ardıcıl məğlubiyyətlərdən sonra Azərbaycanın voleybolçu qadınlardan ibarət "Lokomotiv" komandasında baş məşqçi dəyişikliyi edilib. Komandanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, italiyalı Fransua Salvanyi istefaya göndərilib. 

Onu həmyerlisi Karlo Parisi əvəzləyib. 45 yaşlı mütəxəssis 2014-2015 mövsümündə gənclərdən qurduğu "Yamamay" klubunu Çempionlar Liqasının finalına daşıyıb. "Dəmiryolçuların" sükanı arxasına keçməzdən öncə o, "Yamamay"da 11 ilədək çalışıb, 2012-ci ilin fevralından isə eyni zamanda Çexiya millisinə də başçılıq edir.

Artıq Parisi ilə rəsmi müqavilə imzalayan klub rəhbərliyi ondan Çempionlar Liqasının "4-lər finalı"na vəsiqə və Super Liqada çempionluq gözləyir. 

Son xəbərlər

Orphus sistemi