Yuxarı

Azərbaycanın ​voleybol klubu üçün yeni təlim-məşq bazası tikiləcək

Yeni baza 28 may metro stansiyası yaxınlığında yerləşəcək

Bakı. 14 mart. REPORt.AZ/ Azərbaycanın "Lokomotiv" voleybol klubunun yeni təlim-məşq bazasının tikntisinə başlanılacaq. Bu barədə "Report"a voleybul klubunun baş meneceri Orxan Hüseynzadə məlumat verib.

Onun sözlərinə görə, yeni təlim-məşq bazası "28 may" metro stansiyası yaxınlığında yerləşəcək: "Məsələ ilə bağlı müəyyən addımlar atılıb və iş üçün mütəxəssislər dəvət olunub".

Qeyd edək ki, "Lokomotiv" hazırda Biləcəridə yerləşən təlim-məşq bazasında məskunlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi