Azərbaycanın U-17 milli komandası böyük hesabla məğlub olub

Azərbaycanın U-17 milli komandası böyük hesabla məğlub olub Ukrayna millis ilə qarşılaşan komandamız meydanı 6:1 hesablı məğlubiyyətlə tərk edib
Komanda
13 Oktyabr , 2017 19:12
Azərbaycanın U-17 milli komandası böyük hesabla məğlub olub

Sofiya. 13oktyabr. REPORT.AZ/ Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Bolqarıstanın Qorna Oryaxovitsa şəhərindəki "Lokomotiv" stadionunda Ukrayna yığması ilə qarşılaşan Mirbağır İsayevin rəhbərlik etdiyi kollektiv 6:1 hesabı ilə məğlub olub. Qarşılaşmanın ilk hissəsi 3:1 hesabı ilə Ukrayna millisinin xeyrinə başa çatıb. Fasilədən sonra ukraynalı futbolçular Azərbaycan millisinin qapısından daha 3 cavabsız top keçiriblər.

Azərbaycan millisi ilkin seçmə mərhələdə sonuncu oyununu oktyabrın 16-da meydan sahibi Bolqarıstana qarşı keçirəcək. 

13 oktyabr

XI qrup

Ukrayna U-17 – Azərbaycan U-17 – 6:1

Qollar: M. Mudryk 3. R.Yakuba 15. D.Sikan 35. A.Aussi 62. S.Biblik, 78. A.Şulyanski 80+1 - İ. Zülfüqarlı 17

Son xəbərlər

Orphus sistemi