Azərbaycanın sərbəst güləş üzrə millisi dünya kuboku yarışlarının finalına çıxıb

Azərbaycanın sərbəst güləş üzrə millisi dünya kuboku yarışlarının finalına çıxıb Bakı. 8 aprel. REPORT.AZ/ ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları davam edir.
Komanda
1943
8 Aprel , 2018 23:52
Azərbaycanın sərbəst güləş üzrə millisi dünya kuboku yarışlarının finalına çıxıb

Bakı. 8 aprel. REPORT.AZ/ ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları davam edir.

"Report" xəbər verir ki, yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparır. 

"B" qrupunda mübarizə aparan millimiz Monqolustan yığmasını 7:3 hesabı ilə məğlub edib. Yığmamız ilk yarış günündə Kuba və Qazaxıstan millilərinə də qalib gəlib. Bununla da Azərbaycan millisi dünya kubok yarışlarının finalına yüksəlib.

Final görüşündə yığma komandamızın rəqibi ev sahibi ABŞ idmançıları olacaq. Final görüşü Bakı vaxtı ilə gecə saat 01:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi