Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb

Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri start götürüb.
Komanda
20 Aprel , 2019 23:29
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb

Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turniri start götürüb.

"Report" xəbər verir ki, Proqramın axşam hissəsində Milli Gimnastika Arenasında qrup komandaları öz bacarıqlarını nümayiş etdiriblər.

Onlar çoxnövçülükdə beş çənbər, həmçinin beş lent ilə kompozisiya göstəriblər. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadənin təmsil olunduğu Azərbaycan qrupu iki kompozisiyanın yekununda hakimlərdən 41.000 xal alıb və gümüş medal qazanıblar. Qızıl medal İsrailə (42.000), üçüncü yer isə Rusiyaya (40.000) nəsib olub.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yarışda yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.

Son xəbərlər

Orphus sistemi