​Azərbaycanın voleybol komandaları avrokuboklarda növbəti oyunlarını keçirəcək

​Azərbaycanın voleybol komandaları avrokuboklarda növbəti oyunlarını keçirəcək "Lokomotiv" və "Azərreyl" bir-biri ilə qarşılaşacaq
Komanda
19 Yanvar , 2016 10:15
​Azərbaycanın voleybol komandaları avrokuboklarda növbəti oyunlarını keçirəcək

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün voleybolçu qadınlar arasında keçirilən Avropa miqyaslı turnirlərdə mövsümün ikinci yarısına start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə Azərbaycanın 3 təmsilçisi meydana çıxacaq. 

Çempionlar Liqasının V tur matçında A qrupunda mübarizə aparan Azərbaycanın "Azərreyl" və "Lokomotiv" klubları bir-biri ilə qarşılaşacaqlar. Saat 18:00-da start götürəcək matç Voleybol Mərkəzində keçiriləcək. Oyunu ukraynalı Andrey Kovalçuk və bolqarıstanlı Aleksandar Vinaliyev idarə edəcək. Bu komandalar arasında əvvəlki qarşılaşma "Lokomotiv"in qələbəsi ilə yekunlaşıb - 3:1. Qrupdakı 4 görüşün 2-ni qələbə, 2-sini isə məğlubiyyətlə başa vuran "Lokomotiv" 6 xalla ikinci pillədədir. 3 məğlubiyyət və 1 qələbə ilə qrup üçüncüsü olan "Azərreyl"in aktivində isə 3 xal var.

CEV Kubokunda mübarizə aparan "Azəryol" isə 1/4 final mərhələsinin ilk oyununda Polşada "Polski Kukyer" komandası ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 23:30-da başlayacaq oyunu rusiyalı hakim Aleksandr Pavlov və danimarkalı Enqborq Kleyn Morten idarə edəcək. Cavab görüşü yanvarın 26-da Bakıda olacaq. 

Qeyd edək ki, Azərbaycanın Çempionlar Liqasındakı digər təmsilçisi "Telekom" isə E qrupundakı V tur matçını yanvarın 21-də Bakıdakı "Sərhədçi" Olimpiya İdman Mərkəzində Türkiyənin "Fənərbağça" komandasına qarşı keçirəcək. 

Son xəbərlər

Orphus sistemi