Azərbaycanın qadın voleybol millisi Türkiyəyə yollanıb

Azərbaycanın qadın voleybol millisi Türkiyəyə yollanıb 2020-ci il Tokio Yay Olimpiya Oyunlaına lisenziya xarakterli Avropa Təsnifat Turnirinə hazırlığı davam etdirən Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası Bakıdakı təlim-məşq toplanışını başa vurub.
Komanda
28 Dekabr , 2019 21:20
Azərbaycanın qadın voleybol millisi Türkiyəyə yollanıb

2020-ci il Tokio Yay Olimpiya Oyunlaına lisenziya xarakterli Avropa Təsnifat Turnirinə hazırlığı davam etdirən Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası Bakıdakı təlim-məşq toplanışını başa vurub.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yığma bu gün hazırlığın növbəti mərhələsi üçün Türkiyəyə yola düşüb. Vasif Talıbovun baş məşqçi olduğu komanda qonşu ölkədə yoxlama matçında da qüvvəsini sınayacaq. Rəqiblər “Fənərbağça” və “Türk Hava Yolları” klubları olacaq. Bundan sonra milli üzvləri Polşa toplanışı çərçivəsində yerli yığma ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri 7 - 22 yanvarda Hollandiyanın Apeldorn şəhərində keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək. Digər qrupda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq. Yarışın qalibi Tokio olimpiadasına lisenziya qazanacaq.

Son xəbərlər

Orphus sistemi