Yuxarı
    Bağlamaq

    Azərbaycanın Milli yığma komandası Kirova yola düşüb

    Komandamız sürət üzrə Buzadırmanma üzrə Dünya Çempionatında iştirak edəcək

    Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanın buzadırmanma üzrə Milli yığma komandası 6-8 mart tarixlərində Rusiyanın Kirov şəhərində keçiriləcək sürət üzrə Buzadırmanma üzrə Dünya Çempionatında (UİAA İce Climbing World Cup and World Championships (Speed) Russia 2015) iştirak edəcək. Bu barədə "Report"a Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından məlumat verilib.

    Çempionatda ölkəni Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) 7 nəfərlik nümayəndə heyəti təmsil edəcək.

    Kişilər və qadınlar arasında sürət üzrə üç gün davam edəcək yarışlarda komandamızın üzvləri qüvvələrini sınayacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi