​Azərbaycanın kontinental velosiped komandası Çində yarışacaq

​Azərbaycanın kontinental velosiped komandası Çində yarışacaq 13 mərhələdən ibarət yarışa iyulun 18-də yekun vurulacaq
Komanda
4 İyul , 2015 14:08
​Azərbaycanın kontinental velosiped komandası Çində yarışacaq

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" iyulun 5-də Çində start götürəcək sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirak edəcək. "Report"un məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında 23 komanda iştirak edəcək ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 19 kontinental klub yer alıb.

Nüfuzlu yarışda "Synergy Baku" 7 velosipedçi ilə təmsil olunacaq. Bunlar Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Markus Eybeger, Matey Müqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviçdir. Bu gün iştirakçı komandaların təqdimat mərasimi keçirilib.

Yarışın proqramına əsasən, sabah Sinin şəhərinin küçələrində baş tutacaq ilk mərhələdə iştirakçılar 121 km məsafə qət edəcəklər.

Qeyd edək ki, 13 mərhələdən ibarət "Tour de Qinghai Lake" yürüşünə iyulun 18-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi