Yuxarı

Azərbaycanın kayak və kanoe yığması dünya çempionatında mübarizəyə başlayır

Çempionatın açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 19:30-da Minsk-Arenada təşkil olunacaq

Minsk. 27 iyul. REPORT.AZ/ Azərbaycanın 18 və 23 yaşadək kayakçı və kanoeçilərdən ibarət milli komandası Belarusun paytaxtı Minskə yollanıb. 

"Report"un Minskə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Dmitri Sablinin baş məşqçi olduğu komanda iyulun 28-də start götürəcək dünya çempionatında iştirak edəcək.

Nüfuzlu reqatada 4 idmançı mübarizə aparacaq. Onlardan 3-ü kanoeçi, 1-i kayakçıdır. Yeniyetmələrin mübarizəsində yalnız Mixail Bıkxalo çıxış edəcək. Bıkxalo 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəni qət edəcək.

23 yaşadək kayakçıların mübarizəsində isə yalnız Tamerlan Mustafayev çıxış edəcək. Bu yaş qrupu üzrə kanoeçilərin yarışına isə Nikita Sablin - Aleksey Kupin dueti qatılacaq. Bu cütlük 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüş edəcək.

Çempionatın açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 19:30-da "Minsk-Arena"da təşkil olunacaq.

Qeyd edək ki, dünya çempionatına 67 ölkə qatılıb. Bütün ölkələrin nümayəndə heyətləri Minskin mərkəzindəki "Belarus" hotelində yerləşdiriliblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi