Azərbaycanın həndbol millisi ABŞ yığmasına məğlub olub

Azərbaycanın həndbol millisi ABŞ yığmasına məğlub olub Azərbaycan millisi həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında bu gün növbəti oyununu keçirib.
Komanda
13 mart 2025 19:25
Azərbaycanın həndbol millisi ABŞ yığmasına məğlub olub

Azərbaycan millisi həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında bu gün növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, B qrupunda yer alan yığma Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirdə ABŞ ilə üz-üzə gəlib.

Qarşılaşma rəqib komandanın 45:25 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Moldovaya 21:33, Nigeriyaya 17:29 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi