Azərbaycanın futzal yığması Özbəkistana uduzub

Azərbaycanın futzal yığması Özbəkistana uduzub DÇ-2020-nin elit-raunduna hazırlaşan futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Komanda
21 Yanvar , 2020 22:19
Azərbaycanın futzal yığması Özbəkistana uduzub

DÇ-2020-nin elit-raunduna hazırlaşan futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

"Report"un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Özbəkistanla üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutan qarşılaşma Azərbaycan yığmasının 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan və Özbəkistan milli komandaları arasında ikinci yoxlama görüşü yanvarın 22-də keçiriləcək. Yığma DÇ-2020-nin elit-raundunda Rusiya, Slovakiya və Xorvatiya yığmaları ilə qarşılaşacaq.

21 yanvar

Yoldaşlıq görüşü

20:00. Azərbaycan - Özbəkistan - 2:3

Qollar: Oliveira Da Nascimento “Vassora”, 24. İshaq Surqali, 36 - Dilşod Rahmatov, 3. İxtiyar Ropiyev, 5. Əkbər Usmanov, 29

Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Rahin Heybətov

Bakı İdman Sarayı

Son xəbərlər

Orphus sistemi