Yuxarı
    Bağlamaq

    Azərbaycanın futzal üzrə milli komandasının baş məşqçisi istefa verib

    Peres Moreno Qomes Faustino müqaviləsinin uzadılmamasını xahiş edib

    Bakı. 19 aprel. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Peres Moreno Qomes Faustino istefa verib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis öz istəyi ilə vəzifəsindən ayrılıb. 

    O, Azərbaycanda çalışmaqdan məmnun olduğunu bildirməklə, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqavilənin qarşılıqlı razılıq əsasında yenilənməməsini xahiş edib. AFFA rəhbərliyi isə öz növbəsində Peres Moreno Qomes Faustinoya gördüyü işlərə və yığmaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi