Bakı. 2 oktyabr. REPORT.AZ/ Serbiyanın paytaxtı Belqradda futzal üzrə 2016-сı il Avropa çempionatının püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, Azərbaycan milli komandası D qrupuna düşüb.
Tino Peresin baş məşqçi olduğu yığmaya İtaliya və Çexiya rəqib olub. Qrupların tərkibi belədir:
A qrupu: Serbiya, Portuqaliya, Sloveniya,
B qrupu: İspaniya, Ukrayna, Macarıstan
C qrupu: Rusiya, Xorvatiya, Qazaxıstan
D qrupu: İtaliya, Çexiya, Azərbaycan
Püşkü futbol üzrə Serbiya milli komandasının sabiq kapitanı Deyan Stankoviç çəkib.
Qeyd edək ki, oyunlar gələn il fevralın 2-dən 13-dək davam edəcək. Qruplarda ilk 2 yeri tutanlar 1/4 finala yüksələcəklər.