​Azərbaycanın cüdo yığması Avropa Kubokunu 3 medalla başa vurub

​Azərbaycanın cüdo yığması Avropa Kubokunu 3 medalla başa vurub Komanda yarışın sonuncu günü aktivinə daha bir medal yazdırıb
Komanda
5 İyun , 2016 19:05
​Azərbaycanın cüdo yığması Avropa Kubokunu 3 medalla başa vurub

Bakı. 5 iyun. REPORT.AZ/ İspaniyanın Madrid şəhərində cüdo üzrə Avropa Kubokuna yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından "Report" verilən xəbərə görə, Azərbaycan milli komandası yarışın sonuncu günü aktivinə daha bir medal yazdırıb.

Məlumata görə, 100 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən Cəlil Şükürov bürünc medala sahib olub.

90 kq. çəki dərəcəsində çıxış edən Tural Səfquliev isə turniri 7-ci yerdə tamamlayıb.

Bununla da, Azərbaycan milli komandası Avropa Kubokunda 3 bürünc medal qazanaraq çıxışını başa vurub.

Xatırladaq ki, yarışın ilk günündə millimizə iki bürünc medalı Elbrus Zamanov (60 kq) və Telman Vəliyev (73 kq) qazandırıb.

Qeyd edək ki, 26 ölkədən 255 idmançının (139 kişi, 116 qadın) mübarizə apardığı mötərəb turnirində Azərbaycan millisi 14 cüdoçu ilə təmsil olunurdu.

Son xəbərlər

Orphus sistemi