Azərbaycanın cüdo üzrə millisi "Böyük dəbilqə" turnirini 3 medalla başa vurub

Azərbaycanın cüdo üzrə millisi "Böyük dəbilqə" turnirini 3 medalla başa vurub Turnirdə ölkəmizi 23 kişi, 12 qadın cüdoçu təmsil edib
Komanda
10 May , 2015 18:30
Azərbaycanın cüdo üzrə millisi Böyük dəbilqə turnirini 3 medalla başa vurub

Bakı. 10 May. REPORT.AZ/ Azərbaycanın cüdo üzrə milli komandası Bakıda keçirilmiş "Böyük dəbilqə" turnirini 2 qızıl, 1 gümüş medalla başa vurub. "Report"un məlumatına görə, yarışın son günündə 100 kq çəki dərəcəsində yer alan Elmar Qasımov finaladək irəliləməyi bacarıb.

Qasımov ABŞ, İsrail və Portuqaliya təmsilçilərini yendikdən sonra həlledici görüşdə iştirak hüququna yiyələnib. Onun son rəqibi rusiyalı Adlan Bisultanov olub.

Lakin azərbaycanlı cüdoçu iki şido və bir yuko xalı ilə uduzaraq, qızıl medala yiyələnə bilməyib. Fəxri kürsünün ən yüksək pilləsi isə Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucova (73 kq) qismət olub.

Bununla belə, Azərbaycan yığması ümumi komanda hesabında birinci yeri tutub. Eyni nəticəyə malik Rumıniya ikinci, 2 qızıl medal qazanmış Rusiya 3-cü yeri tutub.

Qeyd edək ki, "Böyük dəbilqə"də Azərbaycanı 23 kişi, 12 qadın cüdoçu təmsil edib.

Son xəbərlər

Orphus sistemi