Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycanın 18 yaşadək çimərlik voleybolçuları Latviyada təşkil edilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcəklər.
Komanda
8 avqust 2023 07:03
Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın 18 yaşadək çimərlik voleybolçuları Latviyada təşkil edilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcəklər.

Azərbaycan Voleybol Federasiyasından (AVF) “Report”a verilən məlumata görə, yarışa bu gün start veriləcək.

Riqada baş tutacaq beynəlxalq turnirdə Azərbaycanı Oqtay Qasımov - Camal Cəlilov və Məhəmməd Aslanlı - Nəriman Bayramlıdan ibarət iki komanda təmsil edəcək.

Komandaların baş məşqçisi Cəlil Baxtiozin, meneceri isə Valeriya Romanoviçdir.

Qeyd edək ki, turnir avqustun 9-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi