Azərbaycanın basketbol yığmalarının İslamiadadakı rəqibləri bəlli olub

Azərbaycanın basketbol yığmalarının İslamiadadakı rəqibləri bəlli olub Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət milli komandasının Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli olub.
Komanda
6 İyul , 2022 16:24
Azərbaycanın basketbol yığmalarının İslamiadadakı rəqibləri bəlli olub

Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən və qadınlardan ibarət milli komandalarının Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, kişilərdən təşkil olunmuş kollektiv Türkiyə, Mərakeş, Mali və Qabonla birlikdə C qrupunda mübarizə aparacaq.

Qadınlardan ibarət yığma isə D qrupunda Türkmənistan, İndoneziya və Mali seçmələri ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, İslamiada 9 - 18 avqustda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi