Azərbaycanın basketbol yığması Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycanın basketbol yığması Avropa çempionatında mübarizəyə başlayır Basketbol üzrə Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında bu gün ilk oyununu keçirəcək.
Komanda
28 İyun , 2022 09:15
Azərbaycanın basketbol yığması Avropa çempionatında mübarizəyə başlayır

Basketbol üzrə Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında bu gün ilk oyununu keçirəcək.

"Report"un məlumatına görə, A qrupunda yer alan yığma I turda ev sahibləri ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektiv növbəti matçında iyunun 29-da Andorra ilə üz-üzə gələcək.

Kiçik ölkələrin Avropa çempionatı

A qrupu, I tur

20:30. Azərbaycan - Malta

Qeyd edək ki, digər qrupda San-Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi