Azərbaycanın basketbol üzrə milli komandasının baş məşqçisi dəyişdirilib

Azərbaycanın basketbol üzrə milli komandasının baş məşqçisi dəyişdirilib Elxan Əliyevi Samit Nuruzadə əvəzləyib
Komanda
12 Mart , 2016 16:11
Azərbaycanın basketbol üzrə milli komandasının baş məşqçisi dəyişdirilib

Bakı. 12 mart. REPORT.AZ/ Martın 12-də Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin iclası keçirilib. "Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Elxan Əliyev kişilərdən ibarət milli yığma komandanın baş məşqçisi vəzifəsindən azad edilib. 

Bu qərar yekdilliklə qəbul olunub. Əvəzində həmin vəzifəyə Samit Nuruzadə təyin edilib.    

Son xəbərlər

Orphus sistemi